Prezident İlham Əliyevə vətəndaşlar tərəfindən minnətdarlıq məktubları gəlməkdə davam edir.
Hafta.az onlardan bir neçəsini təqdim edir:
***
Möhtərəm cənab Prezident.
Hazırda dünyada tüğyan edən koronavirus epidemiyası bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Lakin Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm iqtisadiyyatımızın, həm də maliyyə sistemimizin böhrandan xilas olmasına, eləcə də xalqımızın bu pandemiyadan maksimum qorunmasına gətirib çıxarıb. Nəhəng dövlətlərin virus qarşısında aciz qaldığı, vətəndaşını qoruya bilmədiyi bir zamanda məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsində bizlər çox arxayınıq və rahatlıqla öz həyatımızı yaşayır, pandemiyadan maksimum şəkildə qorunur, daha az zərər görürük. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün ölkəmizdə münbit şərait yaradılıb.
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir.
Möhtərəm cənab Prezident, bizim rahatlığımız və sağlamlığımız üçün verdiyiniz hər bir qərarda vətəndaşlarımızın sosial vəziyyətini düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Verdiyeva Gülarə Eyvaz qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.
***
Möhtərəm cənab Prezident.
Yeni növ koronovirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, vaxtında atılan addımlara, insanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarıq. Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı ilə bunu bir daha nümayiş etdirdiniz. Biz Zeynallılar ailəsi gördüyünüz bütün işlərə, ölkəmiz və xalqımız üçün göstərdiyiniz tarixi xidmətlərə görə Sizə və Birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımızı bildiririk. Allah Sizləri qorusun, cənab Prezident.
Dərin hörmətlə,
Zeynallı Mirkamal Mirdamət oğlu
Zeynallı Rəmayə Hüseyn qızı
Azərbaycan Respublikası, Saatlı rayonu.
***
Hörmətli cənab Prezident.
Bu gün dünya gözlə görünməyən düşmənlə üz-üzədir. Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib və iflic vəziyyətinə salıb.
Cənab Prezident, Azərbaycan əhalisini koronavirus təhlükəsindən qorumaq üçün Siz ilk gündən etibarən çevik qərarlar qəbul etdiniz və qabaqlayıcı tədbirlər gördünüz. Sizin çox uzaqgörən, mühüm və düşünülmüş qərarlarınız bizi bu gün faciə ilə üzbəüz qalan və ondan əziyyət çəkən inkişaf etmiş ölkələrin taleyindən xilas etdi. Həmişə olduğu kimi, bu ağır dövrdə də Siz sadə vətəndaşların yanındasınız və öz qayğınızı heç kimdən əsirgəmirsiniz. Biz Sizə inanırıq.
Biz əminik ki, koronavirusa qarşı mübarizədə Sizin qəbul etdiyiniz həlledici qərarlar insanlarımıza bu bəladan az itkilərlə qurtulmağa yardım edəcək. Biz buna görə Sizə minnətdarıq. Məsuliyyətli işinizdə Sizə səbir və qüvvət arzulayırıq.
Allahdan Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzu edirəm. Azərbaycan xalqı daim Sizinlədir. Biz Sizi çox sevirik.
Hörmətlə,
Əhməd Şəhriyar.
Azərbaycan Respublikası, Xaçmaz rayonu.
***
Hörmətli cənab Prezident.
Sizin gördüyünüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı Sizin üçün hər şeydən üstündür. Bunu hər bir Azərbaycan vətəndaşı görür və qiymətləndirir.
Siz Azərbaycanın milli-mənəvi və tarixi dəyərlərini, ənənələrini yaşatmaqla xalqımızın çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrini də təbliğ edirsiniz.
Tərəfinizdən koronavirus pandemiyasının qarşısının alınması üçün görülən bütün tədbirləri alqışlayır və dəstəkləyirik. Biz Sizinlə güclüyük.
Hörmətlə,
Bayramova Şəfəq
Qənbərov Fəqani
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Qaraqollar kəndi.
***
Hörmətli cənab Prezident.
Tapşırığınıza əsasən koroinavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində həssas təbəqəyə xüsusi diqqət yetirilməsi bizim heç bir halda tək olmadığımızı göstərir. İndiki şəraitdə bizə sahib çıxdınız, bütün təbəqələrə dəstək verdiniz, hamıya kömək etdiniz. Bu qayğının və qətiyyətli mövqeyinizin sayəsində xalqımız bütün çətinliklərin öhdəsindən uğurla gələcək.
Sizin çağırışlarınıza cavab olaraq xalqımız əsrlər boyu yaratdığı gözəl ənənələri bu gün nümayiş etdirir. Həkimlərimiz, polislərimiz səfərbər olub gecə-gündüz çalışır, bütün bölgələrdə hamı birləşib aztəminatlı ailələrə yardım edir. Hər gün aldığımız xəbərlər zəhmətinizin səmərə verəcəyindən, yaxın günlərdə çətinliyin arxada qalxacağından xəbər verir.
İstirahət etmədən çalışdığınıza görə Sizə minnətdarlığımızı bildirir, yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Allahverdiyev Cabir Əsgər oğlu
Hacıyev Cəmil Allahverən oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.